Beyləqanda Olimpiya İdman Kompleksi inşa ediləcək

Beyləqanda Olimpiya İdman Kompleksi inşa ediləcək

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə