Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, rəsmi sənəddə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Beyləqan rayonunda da bir sıra mühüm işlərin görüldüyü, Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Sarayı, 3000 yerlik Mərkəzi Stadionun yenidən qurulduğu, Gənclər Mərkəzi, Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün yaşayış binası və digər sosial yönümlü obyektlərin tikilərək istifadəyə verildiyi, yeni yolların çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyi, iritutumlu logistik mərkəz və taxıl anbarları, istehsal və emal müəssisələrinin yaradıldığı, 11 mindən çox yeni iş yeri açıldığı qeyd edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan dövlət başçısı Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmasını qərara alıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB