Şəki meşəsində yanğın yenidən alovlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dünən Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə baş vermiş yanğın 29 avqust 2014-cü il tarixində saat 12 radələrində söndürülsə də, əsən güclü külək nəticəsində yenidən alovlanaraq Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib.
Yanğının qarşısını almaq üçün əraziyə ETSN-in Şəki, Zaqatala, Qax və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində səylər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB