Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiribər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmədə məqsəd bu müəssisəyə əvvəlki başçəkmələr zamanı Müvəkkilin verdiyi tövsiyələrin icra vəziyyətinin yoxlanılması, saxlanılma şəraiti, xüsusən də məhkumlara göstərilən tibbi yardım məsələlərinin öyrənilməsi olmuşdur. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Fakültativ protokolun tələblərinə uyğun olaraq cərimə təcridxanasına, karantin otağına, yataqxanalara, eyni zamanda sanitar tibb hissəsinə baxış keçirilmiş, o cümlədən 60-dək məhkum fərdi qaydada qəbul edilib, tibbi sənədlər və qeydiyyat kitabları öyrənilib.
Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB