Avropalı nümayəndələr Gəncədə FOTO

Avropalı nümayəndələr Gəncədə FOTO

Avropa Gənclər Fondunun nümayəndələrinin Gəncə şəhərinə rəsmi səfəri 29-30 avqust tarixlərini əhatə edir. 10 nəfərdən ibarət nümayəndə heyəti ilk öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Elmar Vəliyev qonaqları salamlayaraq, onları şəhərimizdə görməkdən məmnun olduğunu bildirib. SİA-nın xəbərinə görə, ölkəmizdə gənclər siyasətinin uğurla inkişaf etdiyini deyən şəhər rəhbəri, şəhərimizdə gənclər üçün yaradılan imkanlardan, həmçinin Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı olması münasibəti ilə şəhərdə inşa olunacaq yeni tikililər və görüləcək bütün işlər barəsində qonaqlara geniş məlumat verib.

Avropa Gənclər Forumunun prezidenti Piter Matyasic Gəncənin inkişaf etdiyini, şəhərin gözəlləşdiyini xüsusi vurğulayıb. O, Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsini Azərbaycanın, eləcə də Gəncənin uğuru kimi qiymətləndirib.

Görüşün sonunda şəhər rəhbəri qonaqlara Avropa Gənclər Fondunun loqosunun əks olunduğu xalça və Nizami Gəncəvinin "Xəmsə" –nin ingilis dilində tərcüməsini hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə