Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ ofisinin əməkdaş olduğu "Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi" layihəsi çərçivəsində şəhər görüşü keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, layihənin məqsədi, miqrant ərləri olan və gender əsaslı zorakılığın qurbanlarına çevrilən qadınlara xüsusi diqqət, sosial və iqtisadi hüquqlarının müdafiəsi, təşkilati və fərdi səlahiyyət fəaliyyətləri vasitəsilə məcburi köçkünlərin fonunda insanların səmərəli inteqrasiyası üçün əlverişli mühitin yaranmasına şərait yaratmaqdır. Tədbirdə Ağcabədi rayon İcra başçısının müavini Əbülfət Tapdıqov, GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov və başqa idarə müəssisə rəhbərləri və məcburi köçkünlər iştirak ediblər. Tədbirdə çıxış edən Radə Qafarova bildirib ki, ölkəmizdə qaçqın və məcburi köçkünlər göstərilən diqqət və qayğıdan danışıb.
Daha sonra rəsmi qonaqlar layihə daxilində görülən işlərdən, layihənin uğurlarından, Azərbaycanda məcburi köçkünlərə yaradılmış şəraitdən danışıb və müxtəlif təkliflər səsləndiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB