Avqustun 30-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında avqustun 30-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB