Fermer və digər torpaq mülkiyyətçilərinin nəzərinə

Fermer və digər torpaq mülkiyyətçilərinin nəzərinə

Bölgənin xüsusiyyətlərinə uyğun olaraq taxıl sortlarının düzgün seçilməsi və sertifikatlı toxumdan istifadə edilməsi yüksək məhsul əldə etməyin əsas şərtidir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri rayonlaşmış, sertifikatlı, yüksək məhsuldar taxıl sortlarının toxumları haqqında məlumatları nazirliyin rəsmi saytının http://agro.gov.az/ "Bitkiçilik" bölməsindən əldə edə bilərlər.

Məlumatda toxum istehsalı ilə məşğul olan fermerin adı, ünvanı, əlaqə telefonu, taxıl sortunun adı və reproduksiyası barədə məlumat öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə