4 tondan çox çətənə kolu məhv edildi

4 tondan çox çətənə kolu məhv edildi

Zərdab rayonu ərazisində 4 tondan artıq çətənə kolu aşkar olunaraq məhv edilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adı altında kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Zərdab rayonunun Bıçaqçı kəndinin "Yuxarı bağ" adlanan ərazisində sayı 2900 ədəd, çəkisi 4 ton 307 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Çətə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə