"Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarında Azərbaycanın "Qarabağ" futbol komandasının Hollandiyanın "Tvente" klubu ilə mübarizəsinin nəticəsi bütün Azərbaycana böyük sevinc yaşatdı. Muarem Muaremin 51-ci dəqiqədə hesab bərabərləşməsi və sonacan hesabın dəyişməməsi (1:1) hamımızın sevincinə səbəb oldu. Bununla da "Qarabağ" öz tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə rəsmi "Facebook" səhifəsində sevincini bölüşərkən deyib.
O statusunda qeyd edib ki, qələbənin özgə meydançasında və tanınmış komanda ilə gərgin mübarizədə qazanılması diqqət çəkən məqamdır: "Artıq Azərbaycanın futbol komandaları Avropa meydançalarında öz sözlərini deyə bilir, hesabı öz xeyrimizə dəyişə bilirik. Bir neçə komandamız var ki, onlarla oyuna xarici futbol komandaları böyük məsuliyyətlə hazırlaşırlar. "Qarabağ", Neftçi", Xəzər-Lənkəran" klublarının timsalında Azərbaycan futbolunun inkişafı göz qarşısındadır. Digər klublarımızın da uğurları vaxtaşırı azarkeşləri sevindirir. Bundan başqa, ölkədə futbolun inkişafına göstərilən qayğı öz nəticəsini verir. Klubların maddi-texniki bazaları möhkəmləndirilir, uşaq futboluna diqqət artırılır, xarici futbol mütəxəssislərinin təcrübəsindən maksimum yararlanırlar. Bütün bunların hamısı Azərbaycanın bir dövlət kimi güclənməsi nəticəsində baş verir. Düzgün siyasət güclü dövlətin yaranmasına, eləcə də ölkəyə inamının artmasına və bir çox sahələrdə böyük uğurlara gətirib çıxarır. "Qarabağ"ın uğuru göstərdi ki, biz bacarırıq və bundan sonra da bacaracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB