Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti Əmək yarmarkası bu gün Goranboy rayonunda keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu aktiv məşğulluq tədbirində rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən ümumilikdə 251 boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub. Yarmarkada 50 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib.
Dövlət Məşğulluq Xidməti tərəfindən sabah respublikanın daha iki rayonunda - Kürdəmir və Samux rayonlarında da Əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB