Daxili işlər naziri Ramil Usubov avqustun 30-da Şəkidə vətəndaşların qəbulunu keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov Şəki ilə yanaşı Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini də qəbul edəcək.
Qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB