"Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə itkin düşən Azərbaycan vətəndaşı Evelina Vəlibəyovanın işini nəzarətdə saxlayır. Bununla bağlı səfirliyin əməkdaşları işi araşdıran prokurorluq nümayəndələri ilə əlaqə saxlayırlar". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, bir neçə ildir ABŞ-ın Massaçusets ştatında yaşayan və işləyən Azərbaycan vətəndaşı 23 yaşlı Evelina Vəlibəyova 2011-ci ildən itkin düşüb. ABŞ mətbuatında yazılanlara görə, Vəlibəyova 52 yaşlı seksual manyak tərəfindən qətlə yetirilib. Lakin bu günə qədər cinayətin üstü açılmayıb və qızın cəsədi tapılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB