Azərbaycan 2020 konsepsiyası ilə bağlı layihə həyata keçirilib

Azərbaycan 2020 konsepsiyası ilə bağlı layihə həyata keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan 2020: Gələcəyə Baxış" Konsepsiyasının vətəndaşlar arasında təbliği layihəsini həyata keçirir. SİA-nın məlumatına görə, layihənin keçirilməsində məqsəd gəncləri müxtəlif sahələri əhatə edən geniş "Azərbaycan 2020: Gələcəyə Baxış" konsepsiyası ilə bağlı məlumantlandırmaq, bu konsepsiyada yer alan müddəalardan onların yararlana biləcəyi sahələri diqqət mərkəzində saxlamaqdır.

Layihə ərzində 10-dan çox təhsil müəssisəsindən olan tələbələrin iştirak etdiyi təlimlərdə iştirakçılara "Azərbaycan 2020: Gələcəyə Baxış" konsepsiyasında yer alan təhsil, gənclərlə bağlı sahələrə aid müddəaları əhata edən təlimlər keçirilib. Daha sonra təlim iştirakçıları müddəaların praktikada necə əhəmiyyətli və faydalı olduğunu əsaslandıran workshoplar həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə