Paytaxtın Yasamal rayonunun məktəbəqədər müəssisələrində mövcud sıxlığın aradan qaldırılması kimi aktual bir problemin həlli istiqamətində tədbirlər davam etdirilir. SİA-nın xəbərinə görə, rayon icra hakimiyyətindən bildiriblər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə A. M. Şərifzadə küçəsindəki 146 A, 148, 150, 154 və 156 nömrəli binaların yaxınlığında körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb.
Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən 2 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada onların istirahəti üçün lazımi şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB