Qızlar öz valideynlərinə oğullarla müqayisədə iki dəfə çox qayğı göstərirlər
ABŞ-dan olan mütəxəssislər sorğu aparıblar və müəyyən ediblər ki, qızlar öz valideynlərinə oğullarla müqayisədə daha çox qayğı göstərirlər. Bu məlumatlar 26 min amerikalı arasında aparılan anket sorğusunun nəticələrinə əsasən sübut olunub.
Tədqiqatın nəticələrinə görə, qızlar öz valideynlərinə qulluq etmək, onlara gündəlik qayğı göstərmək baxımından daha etibarlıdırlar və valideynlərinə ayda azı 12,3 saat vaxt ayıra bilirlər. Bununla belə, qadınların evi təmizləmək, öz uşaqlarına qulluq etmək və ev işləri görmək kimi bir sıra əlavə vəzifələri var.
Oğullar arasında həmin göstərici 5,6 saat, yəni qızlarla müqayisədə iki dəfə azdır. Oğullar valideynlərinə qulluq etməyi çox vaxt yalnız o halda özlərinə borc bilirlər ki, bu vəzifəni başqa heç kimə həvalə etmək mümkün olmasın. Alimlər bunu acınacaqlı tendensiya hesab edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB