Lənkəranın daha bir kəndində içməli su problemi öz həllini tapıb
Azərbaycan hökümətinin və Dünya Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində 5 bulaq inşa edilərək sakinlərin istifadəsinə verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Kənd Təsərrüfaı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfinfən icra olunan və Azərbaycan Hökümətinin və Dünya Bankının maliyyələşdirdiyi ikinci Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Lənkəran rayonun Siyavar kəndində sakinlərin uzun illər əziyyət çəkdiyi içməli su təminatı öz həllini tapıb.
Rayon mərkəzindən 15 km aralıda yerləşən Siyavar kəndində əhalinin işməli suya olan təlabatı qismən ödənilib. Yay aylarında içməli su problemi ilə üzləşən sakinlər məcburiyyət qarşısında qalaraq indiyədək müxtəlif mənbələrdən istifadə etməklə təlabatlarını ödəyiblər. Bunu nəzərə alan Siyavar İcması AzKİl 2-nin maddi vəsaiti hesabına "İçməli Su Təminatı" layihəsini qısa bir müddət ərzində uğurla həyata keçirib. Layihə çərçivəsində 5 bulaq inşa edilərək, su uzunluğu 2850 m, diametri 25-50 mm olan plastik boru vasitəsilə çəkilərək sakinlərin istifadəsinə verilib.
Həyata keçirilən yeni layihə çərçivəsində saknlərin içməli su problemi xeyli yaxşılaşmaqla yanaşı, infeksion xəstəliklərin qarşısı alınıb, eləcə də azyaşlı uşaqların sağlamlıq göstəriciləri yüksəlib.
Layihənin açılışında Azkil2-nin direktoru Sübhan Əsgərov, direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova və kənd sakinləri iştirak edib. Açılış mərasimində çıxış edən sakinlər prezident İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının bariz nümünəsi olan "İknci Azərbaycan kənd investisiya layihəsi"in müstəsna xidmətlərinindən bəhs ediblər.
Rəmzi qırmızı lent kəsildikdən sonra istismara verilən layihəyə baxış keçirilib.
Tədbir Siyavar kəndinin özfəaliyyət ansambılının rəngarəng konsert proqramı ilə davam etdirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB