Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Avropa Şurası tərəfindən təşkil olunan "Nifrət Nitqinə Yox Forumu"-na Azərbaycandan iştirakçılarının qəbulu elan olunur. SİA-nın məlumatına görə, "Nifrət Nitqinə Yox Forumu" 1-5 oktyabr 2014-cü il tarixində "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq Kampaniyası çərçivəsində Qəbələ şəhərində keçiriləcək.
Forumda Avropa Şurası və Azərbaycan hökumətinin yüksək dərəcəli rəsmiləri və Avropa Şurasından 200, Azərbaycandan isə 50 nəfər iştirakçı, ekspert və koordinatorlar iştirak edəcəklər. Forumun məqsədi Nifrət Nitqinə Yox Hərəkatı çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaqdır. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcəkdir. Forumda iştirak etmək üçün http://nohateforum.az/?page_id=3356 ünvanında qeydiyyatdan keçmək lazımdır. Forumda iştirak üçün son müraciət tarixi 30 avqust 2014-cü il tarixidir.
Xatırladaq ki, "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası Avropa şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir.
"Nifrət Nitqinə Yox" hərəkatı dözümsüzlük, o cümlədən aqressiv milliyyətçilik və etnosentrizmlə, azlıqlara, emiqrantlara və immiqrant mənşəli insanlara qarşı ayrı-seçkilik və düşmən münasibətlə ifadə olunan dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik edən, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarına qarşı mübarizə məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB