Analoqu olmayan otel kompleksi tikilir

Analoqu olmayan otel kompleksi tikilir

Göygöldə qərb bölgəsində analoqu olmayan otel kompleksi tikilir. SİA-nın bölgə müxbirinin məlumatına görə, Göygöl rayonunda tikilən otel kompleksin inşasına 2013-cü ilin oktyabr ayında başlanılıb. Otel xüsusi layihə əsasında inşa edilir, tikinti 12 min kvmetr ərazidə aparaılır və 40 nömrəli olacaq.

4 korpusdan ibarət olan tikilinin birinci və ikinci korpusu əsas, üçüncü korpusu üzgüçülük idman kompleksi və dördüncü korpusu isə avtomobillərin saxlanması üçün üstüörtülü dayanacaq olacaq. 7 mərtəbədən ibarət olan otelin birinci və ikinci mərtəbəsi yerin altında inşa edilən zirzəmidir ki, bura iaşə obyektləri üçün nəzərdə tutulub. Müasir standartlara cavab verəcək tikili, 5 ulduzlu otel səviyyəsində olacaq.

Hazırda burada beton işlərinin son mərhələsi görülür. Otel kompleksində bütün işlər başa çatdıqdan sonra ərazi abadlaşdırılacaq, park salınacaq. Bura gələn turistlər eləcədə, digər qonaqların da burada dincəlməsi üçün hər cür şərait yaradılacaq.

Qeyd edək ki, hazırda 40 işçinin çalışdığı otel kompleksi 2015-ci ildə istifadəyə veriləcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə