Məktəblərin qarşısında yol nişanları qoyulacaq FOTO

Məktəblərin qarşısında yol nişanları qoyulacaq FOTO

Avtomobillərin intensiv hərəkət etdiyi yolların kənarında yerləşən məktəblərin şagirdlərinin təhlükəsizliyini təmin etmək üçün Gəncə şəhər İcra Hakimiyyəti başçısının əmrinə uyğun olaraq, şəhərin orta məktəblərinin qarşısına yol hərəkəti qaydalarını tənzimləyən nişanların qoyulması işlərinə başlanılıb.

İşin icrası üçün şəhər İcra Hakimiyyəti, Təhsil İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət xüsusi komissiya da yaradılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, nişanların qoyulmasına ehtiyac olan məktəblərin hansılar olduğu artıq müəyyənləşdirilib.

Dövlət yol nişanlarının qoyulması prosesi şəhərin 5,6, 20, 25, 30, 31, 32, 36, 37, 41 və 44 saylı orta məktəblərinin qarşısında artıq yekunlaşıb. Həmin dirəklər sürücülərə qarşıda məktəb olduğu üçün sürəti azaltmağa nişanə verir. Onu da qeyd edək ki, şəhərin bəzi məktəblərinin qarşısında artıq sürət tənzimləyici nişanlar olduğundan onların sadəcə təmir bərpa işləri həyata keçirilir. İşin icrası üçün yaradılan komissiyadan bildirilib ki, prosesin yeni dərs ilinin başlanmasına qədər yekunlaşacağı nəzərdə tutulub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə