Təmas xəttinə yaxın rayonlarda yaşayan uşaqlar üçün istirahət təşkil edilir

Təmas xəttinə yaxın rayonlarda yaşayan uşaqlar üçün istirahət təşkil edilir

Azərbaycan müharibə vəziyyətini nəzərə alaraq təmas xəttində yerləşən rayonlardan olan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkə rəhbərliyinin tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusi ilə təmas xəttinə yaxın rayonlarından olan uşaqların istirahətinin təşkilini nəzərdə tutub.

Bu məqsədlə, 27 avqust-10 sentyabr 2014-cü il tarixlərində 120 uşağın Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, döngə 4.) yay düşərgəsi təşkil ediləcək. Düşərgədə Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar istirahət edəcəklər.

İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə müxtəlif fəaliyyətlər həyata keçiriləcək.

Yay düşərgənin açılışı 28 avqust 2014-cü il tarixdə saat 11.00-da baş verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə