Avqustun 29-u gecə saatlarından başlayaraq Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur nisbətən enəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
İlkin proqnoza əsasən avqustun 29-dan 30-na keçən gecədən başlayaraq paytaxt Bakıda cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Avqustun 30-u hava küləkli olacaq.
Sentyabrın ilk günləri də daxil olmaqla avqustun 30-dan başlayaraq hava nisbətən sərinləşəcək, temperatur enəcək. Avqustun 29-na kimi isə isti hava şəraiti davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB