Mətbuat Şurasından Azadlıq Radiosu ilə bağlı AÇIQLAMA - EKSKLÜZİV
"Artıq uzun illərdir ki, Azərbaycan cəmiyyətində Azadlıq Radiosunda yayımlanan verlişlərə münasibətdə qeyri-obyektivlik faktoru barədə müxtəlif fikirlər səsləndirilir". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnslist Həmkarlar Konfederasiyasının sədri Müşfiq Ələsgərli tanınmış amerikalı jurnalist Maayan Yaffinin ABŞ Konqresindən Azadıq Radiosunun fəaliyyətinə xitam verilməsi ilə bağlı etdiyi tələbinə münasibətini bildirərkən deyib.
Müşfiq Ələsgərli qeyd edib ki, artıq Azərbaycanda da Azadlıq Radiosunun fəaliyyəti ətrafında bu kimi fikirlər səsləndirilməkdədir və onların arasında hətta müxalifət düşərgəsinin təmsilçiləri də var: "Bu, əlbəttə, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən səsləndirilən fikirlərdir. Onların arasında ictimai xadimlərlə yanaşı, siyasi xadimlər, eləcə də jnurnalistlər var. Əgər fikir verirsinizsə, artıq Azadlıq Radiosuna qarşı səslənən fikirlərdə bu radionun təmsil olunduğu düşərgə təmsilçiləri də var".
Mətbuat Şurasının rəsmisi ötən prezident seçkilərindən misal gətirərək, adıçəkilən radionun siyasi düşərgə təmsilçiləri arasında tərəf saxladığını da xatırladıb: "Hələ 2013-cü il prezident seçkiləri dövründə hətta müxalifət partiyalarının sədrləri tərəfindən adıçəkilən radioya qarşı fikirlər səsləndirilirdi ki, bu media orqanı qərəzli və qeyri-obyektiv şəkildə fəaliyyət göstərir. Buna misal kimi Müsavat başqanı İsa Qəmbərin seçkilərdən sonrakı müsahibəsini göstərmək olar ki, həmin vaxt Azadlıq Radiosu bilavasitə birtərəfli mövqe sərgiləyərək, digər partiya sədrinin tərəfini saxlamaqla İsa Qəmbərə qarşı müəyyən üsullardan istifadə edilmişdi. Bunun özü çox maraqlı bir hadisəydi. Çünki cəmiyyətdə də belə bir fikir var idi ki, Azadlıq Radiosu müxalifət mövqeyindən çıxış edir və hakimiyyətə qarşı mübarizə aparır. Sonradan o da bəlli oldu ki, bunların qeyri-obyektivliyi daha artmağa başlayıb. Çünki bayaq da dediyim ki, müxalifət partiyaları da radionun fəaliyyətindən narazı qaldıqlarını gizlətmirdilər".
"Konkret məqamlarda onlar Azərbaycanın maraqlarına cavab verməyən, digər ölkələrin maraqlarına xidmət edən siyasət yürütməyə başladılar"-deyə qeyd edən Müşfiq Ələsgərlinun bildirdiyinə görə, son günlər bir məqama da diqqət yetirmək lazımdır ki, artıq Azadlıq Radiosunun əməkdaşlarının cəlb olunduğu həmin düşərgə təmsilçiləri arasında çox ciddi konfliktlər yaşanmağa başlayıb: "Daha bir məqamı xatırlatmaq istəyirəm, Media İnstitunun əməkdaşları ilə Azadlıq Radiosu arasında, digər müxalifyönlü jurnalist təşkilatları ilə həmin radio arasında ciddi qarşıdurmalar yaşanmağa başlayıb. YəniƏ, tərəflər Azadlıq Radiosunu artıq jurnalistika peşəsinə xidmət etməməkdə günahlandırırlar. Ümumiyyətlə, mənə belə gəlir ki, bu hadisələr o qədər qabarıb ki, artıq Amerikanın özündə də, yəni radionu maliyyələşdirənlər də buradakı qarşıdurmaları, fikir ayrılqlarını görməyə başlayıblar və hesab edirəm ki, amerikalı jurnalistin çıxışı əslində doğru təklifdir. Düzdür, o burada heç də Azərbaycanın maraqlarından çıxış etmir, Amerika maraqlarından çıxış edir. Ancaq bildirir ki, Azadlıq Radiosunun fəaliyyəti o qədər narazılıq yaradıb ki, bu fəaliyyət Amerikanın maraqlarına da mənfi təsir etməyə başlayıb. Bütün hallarda obyektiv bir reaksiyadır və hesab edirəm ki, bu təklif müəyyən dairələrdə müzakirə olunacaq".
Müşfiq Ələsgərli Azərbaycan təşkilatlarının da Azadlıq Radiosu ilə bağlı hərəkətə keçməsinin vacibliyi barədə fikir səsləndirib: "Həmçinin, Azərbaycanın da təşkilatları Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı ölçü götürülməsinin vacibliyini açıq şəkildə bildirməlidirlər. Mən deməzdim bütünlükdə Azadlıq Radiosunun hər bir əməkdaşı qərəzlidir, ancaq ayrı-ayrı əməkdaşları nəinki Azərbaycan üçün, eləcə də demokratiya üçün problemə çevriliblər və onların fəaliyyətlərinə yenidən baxılmalıdır".
Belə bir fikir formalaşıb ki, artıq Azadlıq Radiosu siyasi partiya mövqeyindən çıxış edir və daha çox AXCP sədri Əli Kərimliyə yaxın fəaliyyət göstərir, fikrinə də münasibətini bildirən Mətbuat Şurasının rəsmisi bu fikri də istisna etməyib: "Radioda çalışan ayrı-ayrı şəxslərin fəaliyyətində aşkar olaraq hiss olunur ki, onlar hansısa partiyanın mövqeyindən çıxış edirlər. Amma mən ayrı-ayrı əməkdaşların deyil, bütünlükdə radionun fəaliyyətini qiymətləndirmək istəyirəm ki, bu fəaliyyət bütünlükdə demokratik prosesə ciddi zərbə vurmağa başlayıb. Məhz bu baxımdan, Azadlıq Radiosunun fəaliyyəti haqqında nəticə verəcək bir ölçü götürülməlidir".
Xatırladaq ki, 19 illik təcrübəsi olan yəhudi əsilli amerikalı jurnalist, "The Jerusalem Post" qəzetinin keçmiş xəbər redaktoru, "Baltimore Jewish Times" qəzetinin keçmiş baş redaktoru, "Netsmart" portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe) Konqresin nəşri olan "Roll Call"dakı məqaləsində yazıb ki, Konqres vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır və "Azadlıq" və "Amerikanın səsi" radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir. Lakin buna baxmayaraq onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər.
Amerikalı jurnalist Azadlıq Radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs edir. Azərbaycanda tolerant cəmiyyət olduğunu, ölkənin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu, Qərb dəyərlərinə üstünlük verən müsəlman ölkəsi kimi tanındığını, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini, əhalinin 20 il əvvələ nisbətən daha yaxşı yaşadığını və s. xatırladıb və qeyd edib ki, buna baxmayaraq Azadlıq Radiosunun layihələri bu ölkə haqda qərəzli və yanlış mövqe formalaşdırır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB