Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yerli vaxtla 09:26:30-da Qobustandan 25 km qərbdə Şamaxıda zəlzələ qeydə alınıb.

Zəlzələ yerin 7 km dərinliyində baş verib. Maqnitudası 3,2 təşkil edən zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə