Azərbaycan Prezidenti moldovalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti moldovalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin Prezidenti Nikolaye Timoftiyə təbrik ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrik məktubunda Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli və dinamik inkişafı, əlaqələrin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstəriləcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə