XİN başçısı Polşa səfiri ilə görüşüb

XİN başçısı Polşa səfiri ilə görüşüb

Avqustun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Polşanın ölkəmizdəki səfiri Mixal Labenda ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov M.Labendaya gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə