“Ümid Yeri” Uşaq Sığınacağının binası yenidən təmir olundu

“Ümid Yeri” Uşaq Sığınacağının binası yenidən təmir olundu

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC fəaliyyətinin ilk günlərindən gələcəyimiz olan uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası hayata keçirib, habelə uşaqların rifahına sərmayə qoyub. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır.

Azercell-in uşaqlara göstərdiyi qayğının ən böyük göstəricisi "Ümid Yeri" Uşaq Sığınacağına dəstəyidir. Şirkət 1997-ci ildən etibarən bu sığınacaqda məskunlaşan uşaqalara diqqət və qayğısını əsirgəmir. Məhz Azercell-in dəstəyi ilə ötən 17 ildə "Ümid yeri" sığınacağında minlərlə uşaq böyüyüb, normal həyata qaytarılıb. Bu günərdə isə Azercell "Ümid Yeri" Uşaq Sığınacağında məskunlaşan uşaqalara daha bir sevinc bəxş edib. Belə ki, Binə qəsəbəsində yerləşən buna Azercell tərərfindən əsaslı təmir olunub. Azercell Şirkətinin nümayəndələri tərəfindən bu gün açılışı olan bina müasir standartlara uyğun, uşaqaların zövqünü oxşayacaq formada təmir edilib.

Məlumat üçün bildirək ki, Azercell-in dəstəyi ilə indiyə qədər bu yöndə onlarla layihə hayata keçirilib. Bu layihələr sırasında "De! Dildən-dilə, eldən-elə" şer və hekayə müsabiqəsini, "Çək!" asfalt üzərində rəsm müsəbiqəsini, "Hər uşağın ailəyə ehtiyacı var", "Onlar da hədiyyə gözləyirlər..." , Mobil Diş Klinikası, Uşaq Qaynar xətti, Mobil Göz Klinikası layihələrini misal göstərmək olar. Məlumat üçün bildirək ki, indiyə qədər Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 14 milyon manatdan artıq həcmdə vəsait sərf edib. Şirkət həyata keçirdiyi sosial layihələrə görə dəfələrlə həm ölkəmizdə, həm də beynəlxalq arenada mükafatlandırılıb. Onu da qeyd edək ki, ilk dəfə məhz Azercell 2007-cı ildə "İlin Korporativ Sosial Məsuliyyətli" şirkəti seçilib, bundan sonra isə hər il sosial məsuliyyətlə bağlı mükafatlara layiq görülüb. Şirkətin gördüyü və görəcəyi işlər bununla bitmir. "Azərbaycanın qürur duyacağı şirkət" olmağı qarşısına məqsəd qoyan Azercell sosial layihələrinə "davam" deyir! Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə