“Gənc Maliyyəçilər üçün Yay Məktəbi” FOTOLAR

“Gənc Maliyyəçilər üçün Yay Məktəbi” FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində "Gənc Maliyyəçilər üçün Yay Məktəbi" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxış edən YAP GB-nin ofis rəhbəri Əli Pənahov qonaqları salamlayaraq, layihənin əhəmiyyətindən danışıb. O həmçinin layihənin gənclərimiz üçün uğurlu bir layihə olduğunu diqqətə çatdırıb.

Tədbirdə söz alan layihənin koordinatoru Cəmilə Abdullayeva gənclərə layihə haqqında geniş məlumat verib.

Daha sonra proqram üzrə "Müasir Maliyyə Bazarları" və" Dünya Fond Birjalarının Konseptual işlənmə Mexanizmləri " mövzularında ekspertlər "Modern Marketing Group" şirkətinin direktoru Yusif Vəliyev, Beynəlxalq araşdırmaçı və təlimçi Rəvan Eyyubov, təlimçilər Nihad Allahyarlı, Fərid Məhərrəmli gənclərə geniş məlumat verərək diskussiya aparıblar.

Qeyd edək ki, layihənin ikinci hissəsi 27 avqust tarixində də davam edəcək. Sonda layihədə iştirak edən gənclərə sertifikat veriləcək.

Məlumat üçün bildirək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə