Ölü 2 saatdan sonra dirildi

Brazilyada yaşayan 54 yaşlı Valdelucio de Oliveira Goncalves rəsmən ölü elan olunduqdan 2 saat sonra dirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən şəxs iki dəfə infakt keçirib. Həkimlər xəstənin yaxınlarına onun öldüyünü bildiriblər. Artıq morqdan çıxartmaq istəyəndə isə ağzı, qulaqları və burnu pambıqla bağlanmış ölü tərpənməyə başlayıb. Ölünün sahibləri isə morqda işləyənlərdən kömək istəyərək yaxınının sağ olduğunu bildiriblər. Ölüyə baxan həkimlər isə onun qəfildən dirildiyini söyləyiblər.

Nəzərinizə çatdıraq ki, Valdelucio de Oliveira Goncalvesin dirilməsinə görə, polis xəstəxanada çalışanları istintaqa çağırıb. Xəstəxananın direktorları baş tutan əməliyyatda iştirak edən həkimlərlə görüş keçirəcək.

Qeyd edək ki, həkimlər Valdelucio de Oliveira Goncalvesinə 3 ay bundan öncə xərçəng xəstəyinin diaqnozunu qoymuşdular və möcüzə nəticəsində V.O Goncalves sağ qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə