Zakir Həsənov Rumıniyaya gedir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniya milli müdafiə naziri Mirça Duşanın dəvəti ilə avqustun 27-də bu ölkəyə səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.

Səfər avqustun 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə