"Media təmsilçiləri arasında hər hansı bir polemikaların aparılması normal haldır. Amma hansısa siyasiləşmiş, hansısa siyasi təşkilatların yedəyində gedən jurnalistlərdən söhbət gedirsə, təbii ki, onların qarşılıqlı ittihamlar irəli sürmələri, həmin ittihamlar çərçivəsində yol verdikləri davranışları anormallıqdır". Sözügedən fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılla Günel Mövlud və Əli Əkbər qarşıdurmasına münasibətini bildirərkən deyib. Mətbuat Şurasının rəsmisinin fikrincə, burada söhbət ondan gedir ki, hansısa bir jurnalist öz sərbəst fikirlərini bildirirsə, öz mövqeyini ortaya qoyursa, başqa jurnalistlər həmin fikirlərə təmkinlə yanaşmalıdırlar: "Lakin biz sözügedən hadisədən də görürük ki, burada bir sıra məsələlər arxa plana keçib. Yəni biri-digərinə deyir ki, niyə sən mənim fikirlərimə qarşı zidd fikirlər yazırsan, niyə mənim düşündüyüm kimi düşünmürsən, niyə mənim yazdığım kimi yazmırsan, nəhayət niyə mənim siyasi fikirlərimlə bölüşmürsən və sair bu kimi iddialar irəli sürülür.
"Beləliklə, söhbət ondan gerdir ki, belə iddialar heç də normal jurnalistika deyil, bu tamamilə başqa bir işdir"-deyə qeyd edən Azər Həsrət həmçinin qeyd edib ki, o, ümumiyyətlə belə məsələlərin gündəmi zəbt etməsinin tərəfdarı deyil. Çünki Azərbaycanda digər məsələlər də cərəyan edir: "Məsələn, daha ciddi Qarabağ kimi problemi var, diqqətə layiq olacaq başqa məsələlər də mövcuddur. Bu admalar da məhz belə məsələlərlə məşğul olsalar daha yaxşı olardı. Ancaq bütün bunların yerinə kimlərinsə hansısa təşkilatlarla əlaqələri olduğunu yazır, müəyyən fikirlər səsləndirirlər. Bu da ondan irəli gəlir ki, belə adamlar həqiqətən də Azərbaycanın faydasına təsir edəcək işlərlə məşğul olmurlar.Sadəcə olaraq özlərini gündəmdə tutmaq, öz mövqelərini zorla ictimaiyyətə sırımaq üçün belə anormal polemikalara yol açırlar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB