Nazirlik ov tüfəngi əməliyyatı keçirdi

Nazirlik ov tüfəngi əməliyyatı keçirdi

Azərbaycanda bir nəfərdən ov tüfəngi götürülüb, digəri isə tapdığı tüfəngi polisə təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Sübhan Ədilovdan müvafiq sənədləri olmayan "TOZ-34" markalı ov tüfəngi götürülüb.

Ordubad rayonunun Tivi kənd sakini Zaur Məmmədov isə tapdığı nömrəsi silinmiş ov tüvəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə