“Xaçmaz” elektrik stansiyasında bir ayda 22,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib

“Xaçmaz” elektrik stansiyasında bir ayda 22,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib

Bu ilin iyul ayında "Xaçmaz" elektrik stansiyasında 22,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən 7 ayda isə istehsal 159,6 milyon kilovat-saatdan çox olub. Bu dövrdə digər texniki göstəricilər üzrə də müsbət nəticələr qazanılıb.

Son üç ayda stansiyada mühərrik-generatorlarda texniki qulluq işləri həyata keçirilib, yüksək gərginlikli avadanlıqda təlimata uyğun sınaq işləri aparılıb və digər işlər görülüb.

Qeyd edək ki, ümumi gücü 87 meqavat olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə