Gül vida etdi

Türkiyə prezidenti Abdulla Gül xalqa xitabən vida mesajı ilə çıxış edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gül siyasi mənsubiyyətinin olmasına baxmayaraq prezident vəzifəsində tərəfsizliyini qoruduğunu deyib.

"Türkiyə Böyük Millət Məclisi tərəfindən seçildiyim Prezident vəzifəsində əvvəlcə, Çankayanın qapılarını sizlərə, xalqımıza, açdım. Dövləti və milləti qucaqlaşdırdım, qaynar əhval-ruhiyyə yaratdım. Konstitusiya ilə dövlət qurumları arasında əlaqəni ən yaxşı şəkildə təmin etməyə çalışdım.

Ölkədə din və ibadət azadlığının dünyəvilikdə səhv tətbiq olunmasına qarşı çıxdım və bunu hər zaman dəstəklədim. Hicab məsələsinin ölkəmizi bölməsinə dövlətimizin ən üst səviyyəsində son verdiyimi gördünüz.

Kürd əsilli vətəndaşların tarixdən qaynaqlanan mədəni, humanitar, siyasi və iqtisadi problemlərinin həlli üçün edilən işlərə dəstək verdim", - deyə Gül bildirib.

Qeyd edək ki, 2007-ci ildə Türkiyə prezidenti olan Abdulla Gülün səlahiyyət müddəti avqustun 28-də başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə