İstehsalat qəzalarında 183 nəfər zərər çəkib.

İstehsalat qəzalarında 183 nəfər zərər çəkib.

2013-cü ildə Azərbaycanda baş verən istehsalat qəzaları nəticəsində 183 nəfər zərər çəkib. SİA-nın xəbərinə görə, Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, onların 16 nəfərini və ya 8,7%-ni qadınlar təşkil edib. İstehsalat qəzası nəticəsində həlak olan 66 nəfərdən 4-ü qadın olub. Sənayedə və tikintidə əlverişsiz əmək şəraitində çalışan kişilərin sayı isə qadınların sayından çoxdur.

Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin əsas hissəsi 35-54 yaşlarda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrini tutmuş qadınlar əsasən 35-54 yaşda olanlardır. İnzibati vəzifələrini tutmuş kişilərin əsas hissəsi isə 35-64 yaş qruplarında olanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə