Səs TV-nin tənqidi reportajına könüllülər dəstək verdi FOTOLAR

Səs TV-nin tənqidi reportajına könüllülər dəstək verdi FOTOLAR

Bir neçə gün əvvəl Xəzər dənizinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bağlar" adlanan ərazisinə düşən hissəsinin sahilində və sahil sularında hökm sürən antisanitariya ilə bağlı Səs TV-də tənqidi reportaj yayımlanmışdı. Efirə verilən materialdan bir neçə gün sonra əməkdaşlarımız yenidən sözügedən əraziyə baş çəkərək vəziyyətlə maraqlanıblar. Məlum olub ki, reportajdan sonra ərazidə müəyyən qədər təmizlik işləri aparılıb və zibil qutuları yerləşdirilib. Təmizlik işlərini isə internet çağırışı ilə 8 yaşdan, 55 yaşadək könüllülər yerinə yetiriblər. Ərazidən cimərlik kimi istifadə edənlər üçün Azərbaycan və rus dillərində təmizliyə riayət olunmasını əks etdirən tablolar yerləşdirilib.

Ancaq təəssüf ki, hələ də sözügedən ərazinin çimərlik kimi istifadə olunmasının təhlükəli olduğunu bildirən yazılara məhəl qoyulmur. Sakinlər təhlükəli ərazidə çimməyə davam edirlər.

Reportajdan öncəki vəziyyət

Reportajdan sonra

Bütün xəbərlər Facebook səhifəmizdə