Azad Rəhimov Mingəçevirdə qəbul keçirəcək

Azad Rəhimov Mingəçevirdə qəbul keçirəcək

29 avqust 2014-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərində, Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 yanvar küçəsi 148) Mingəçevir şəhərindən, eləcə də, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul haqda vətəndaşları məlumatlandırmaq məqsədilə, rayon gənclər və idman idarələri tərəfindən əhalinin sıx olduğu yerlərdə elanlar asılıb və qəbula yazılanların ilkin siyahısı hazırlanıb.

Qəbulda həmçinin, Gənclər və İdman Nazirliyinin müvafiq şöbələrinin, struktur qurumlarının və tabeçiliyində olan təşkilatların rəhbərləri də iştirak edəcəklər.

Bütün media nümayəndələri dəvət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə