Ümumxalq sevgisinin ünvanı MEHRİBAN ƏLİYEVA

Ümumxalq sevgisinin ünvanı MEHRİBAN ƏLİYEVA

26 avqust təqvim günü Azərbaycan xalqı üçün nə ilə əlamətdardır

İnsanın xalq arasında nüfuzu artdıqca, cəmiyyətdə mənsəb və mövqeyi yüksəldikcə, onun sevincinə-kədərinə şərik olanlar da çoxalır. Və bir də görürsən ki, həmin şəxsdən xəbərsiz onun həyatına əlamətdar günlərini yadda saxlayanlar qeyd edirlər. Bu, həmin şəxsə ümumxalq rəğbətinin, hörmətinin, məhəbbətinin təzahürüdür və bu təzahürünə əleyhinə getmək mümkün deyildir.

Millət vəkili Mehriban Əliyevaya da ictimai maraq ümumxalq sevgisinin təzahürüdür. Hazırda cəmiyyətdə elə bir zümrə yoxdur ki, birinci xanımın ictimai-siyasi fəaliyyəti həmin mənbənin nümayəndələri tərəfindən dəstəklənməsin. Bu hörmət və ehtiram 26 avqust Mehriban Əliyevanın ad günü ərəfəsində ürəklərdə qərar tutulur, KİV-in tribunasından səslənir.

Azərbaycan birinci xanımı

Azərbaycanda birinci xanımın şəxsiyyətinə ictimai maraq, təkcə onun siyasi statusu ilə əlaqədar deyildir. Mehriban Əliyevaya olan ictimai maraq onun ilk növbədə ictimai xeyriyyəçilik fəaliyyətinin adekvat dəyərləndirilməsidir. Neçə illərdir ki, mətbuat vasitələrinin, ekspert rəylərinin, sorğu anketlərinin nəticələri araşdırılır, ən müxtəlif təbəqələrin, sosial qrupların, təmsilçilərin fikirləri öyrənilir. Nəticədə Mehriban Əliyevaya Azərbaycan qadınlarına xas yüksək əxlaq və mədəni keyfiyyətlərinə, xeyriyyəçilik fəaliyyətinə, eləcə də ictimai-siyasi proseslərdə fəal iştirakına görə "İlin qadını", "İlin adamı" elan edilib. İndi isə artıq təkcə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti birinci xanımın malik olduğu gözəl keyfiyyətləri, fəzli xüsusiyyətləri təqdir edir, nümunə sayır, etalon hesab edir.

İnsafən qeyd olunmalıdır ki, respublika ictimaiyyəti Mehriban xanımı gördüyü xeyirxah, nəcib fəaliyyətinə görə hörmət və maraq bəsləmələrə başlamışdır. 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunun təsis edilməsindən sonra Mehriban xanımın adı daha çox duyulmuşdur. Ölkəmizin zəngin, mədəni irsinin beynəlxalq aləmdə tanınması sahəsində bu fondun gördüyü işlər xanım Əliyevanın Azərbaycanın hüdudlarından çox-çox kənarlarda tanınmışdır.

İdman sahəsində gördüyü işlər də birinci xanımın ictimai fəaliyyətinin önəmli bir istiqamətini təşkil edir. Azərbaycan Gimnastika Federasiyasına 2002-ci ildən rəhbərlik edən Mehriban xanım həmin vəzifədə özünü bacarıqlı təşkilatçı kimi tanıtdı, qısa müddət ərzində bu zərif idman növünü ölkəmizdə inkişaf etdirdi. 2005-ci ilin oktyabrında sözügedən idman növü üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi Mehriban xanımın prezidentlik etdiyi federasiyasına beynəlxalq nüfuzundan xəbər verirdi.

Ulu Öndərin ideyalarına sadiqlik

Əlbəttə ki, Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi geniş sosial proqramlar birinci xanımın ictimai fəaliyyətinin ən dəyərli istiqamətlərindən biridir və xalq tərəfindən təqdirlə qarşılanır. Ümummilli liderimizin ölməz ideyalarınıın layiqli daşıyıcısına çevrilmış fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Fondun xətti ilə Azərbaycan cəmiyyətinin ən çox qayğıya ehtiyac duyan hissəsinin – kimsəsiz, ağır xəstə, əlil və fiziki qüsurlu uşaqlara, eləcə də qaçqın və köçkün övladlarına qayğı göstərilməsi hazırda hər kəsə tərəfindən alqışlanan bir iş kimi ictimaiyyətin diqqət mərkəzindədir.

Fondun gələcəyə hesablanmış ilk layihələri sırasına uşaq evlərinin və internat məktəblərinin infrastrukturlarını inkişaf etdirmək, kimsəsiz uşaq və gənclərin geniş biliklərə malik cəmiyyət üzvü kimi yeniləşdirilməsi işinə kömək göstərmək, kimsəsiz, ehtiyaclı ailələrdən olan uşaqlara qayğı, ana və uşaq cəmiyyətinin inkişafına dəstək və digər layihələr daxildir. "Uşaqlar bizim gələcəyimizdir" – deyimində olunan məntiqə əsaslanan Mehriban xanım Əliyeva sağlamlığında nöqsanı, fiziki qüsurları olan uşaqların səhhətinə rəhbəri olduğu Heydər Əliyev Fondu vasitəsilə qayğı göstərir, Azərbaycanda yaxın gələcəkdə sağlam vətəndaşlardan ibarət sağlam cəmiyyət qurulacağına inamı artırır.

Uşaq evlərinin və internat məktəblərinin təmirini, yüzlərlə orta məktəb tikintisini və onları ən modern avadanlıqla təchiz edilməsini, "Azərbaycan" internet portalının açılmasına da bu siyahıya əlavə etmək lazımdır. Bu saytda Azərbaycan haqda bütün məlumatlar cəmlənib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və erməni terrorizmi barədə, diasporu haqda müfəssəl informasiya öz əksini tapıb.

Mehriban Əliyevanın Azərbaycanın Milli Məclisinə üzv seçilməsi, secicilərinin onu dəstəkləməsi isə onun gördüyü xeyirxah, nəcib fəaliyyətinin müqabilində idi. O, demək olar ki, seçkilərdən əvvəl də qeyri-rəsmi olaraq millət vəkilinin işini görürdü. Bu xeyirxah missiya - köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı onun həyat kredosuna çevrilib. Bunun nəticəsi kimi 2004-cü ildə YUNESKO-nun 2006-cı ildə isə İSESKO-nun xoşməramlı səfiri kimi yüksək titula layiq görülmüş Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, Fondun çoxşaxəli fəlayyətinin bir başlıca qayəsi var – insanlara təmannasız yaxşılıq etmək.

Mənəvi ülviyyət

Mehriban Əliyevanın fəaliyyətində vətəndaşların ona münasibətini müşahidə edərək Azərbaycanda dövlət-cəmiyyət münasibətlərində yeni cizgilərin üzə çıxdığını, milli mentalitetimizdə yeni dəyərlərin formalaşdığını görmək olur. Azərbaycan qadınları onu özlərinə böyük arxa, dayaq görürlər. Mehriban xanımın fəaliyyəti respublikamızda gender tarazlığının bərqərar olması prosesinə güclü təkan verib.

Bu gün bütün dünyada xeyriyyəçiliklə məşğul olanlar çoxdur. Lakin ziyalılarımızın, cəmiyyətimizin müxtəlif mənbələrinin nümayəndələri Mehriban xanım Əliyevanın nəinki bu gün gördüyü işlərə, həm də işləri necə gördüyünə heyrandırlar. Bu mənəvi ülviliyin ikitərəfli əlaqəsi var. Mehriban xanımın özü də mənən ucalır və çalışır ki, diqqət və qayğının yönəldiyi və bu fəaliyyətinin missiyasının ünvanladığı insanlar da mənən zənginləşsin, ucalsınlar, qarşılıqlı mənəvi zənginləşmə Mehriban xanımın həmin istiqamətdə fəaliyyətimizi zənginləşdirir.

Heç vaxt unudulmayacaq ağrılara məlhəm

Heydər Əliyev Fondu təsis olunanda və Azərbaycan xalqının aztəminatlı təbəqəsinə - valideyn himayəsindən məhrum körpələr, baxımsız qocalara, imkansız xəstələrə, ev-eşiyini itirmiş qaçqın-köçkünlərə arxa, dayaq olanda Mehriban Əliyevaya həmrəy olan Leyla Əliyevanı birinci xanımla yanaşı görürük. Anası ilə birgə Azərbaycanın problemlərinə, xalqımızın Qarabağ dərdinə çiyin verən görürük bu xanımı. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən RAGT həm də Rusiya məkanında "Azərbaycanın aydın eşidilən səsi" adlandırılır. İrimiqyaslı fəaliyyəti ilə Rusiyadakı azərbaycanlıları birləşdirən RAGT-nın coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclərin klublara təkcə Moskvada və Sanat-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilat gənclərin həyatının bütün istiqamətlərini – idman, səhiyyə, təhsil, mədəniyyət - əhatə etməyə çalışır. "Xocalıya ədalət" beynəlxalq kompaniyası ilə yanaşı – qeyd edək ki, Leyla Əliyeva Xocalı soyqırımını bütün çıxışlarında "Azərbaycan xalqının heç vaxt unudulmayacaq ağrısı" adlandırır, - RAGT Rusiya gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə daha yaxından tanış etmək üçün bir sıra mühüm addımlar atır. Artıq Rusiyanın bir çox regionlarında bu məqsədlə "Azərbaycan bazar günü məktəbləri" yaradılıb.

Leyla Əliyeva Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər forumunun işində də fəal iştirakı ilə seçilir. Moskvada nəşr olunan "AMOR" jurnalını da Leyla Əliyevanın irimiqyaslı azərbaycançılıq fəaliyyətinin vətənə xidmətinin əhəmiyyətli tərkib hissəsi saymaq olar. Onun təsisçiliyi və baş redaktorluğu ilə nəşr olunan "Baku" jurnalının sədası artıq daha uzaqlarda eşidilməkdədir. Leyla xanımın təşəbbüsü ilə fəaliyyət başlayan İDEA – Ətraf Mühit Kompaniyası ilə insanlara ətraf mühiti qorumağın, nəticədə isə planetimizi qorumaq əhəmiyyətinin amalıdır.

Mehriban Əliyeva gözəl qızları Leyla və Arzu ilə birlikdə dünyanın ən zövqlü və müasir xanımları arasında göstərilir. Gənc xanımların Azərbaycanın çiçəklənməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və sosial-mədəni müstəvidə gördükləri başqa işlər onları xalqımızın gözündə, xalqımızı da dünya xalqlarının nəzərində ucaltmaqdadır. Xarici kütləvi informasiya vasitələri, hətta yerli müxalifət belə bir həqiqəti təsdiqləyir ki, bütün xanımlar Mehriban Əliyevaya və qızlarına oxşamaq istəyirlər və bu çox yaxşı tendensiyadır ki, ortada yaxşı nümunə var.

Yaxşılıq bütün sevinclərin əsas mənbəyidir

Xalqın rəğbətini xüsusilə də məhəbbətini qazanmaq asan deyil. Bunun az qismi taleyin köməyi ilə, çoxu isə səy hesabına qazanılır. Tale adam yol açır, səy isə bu yolu davam etdirir.

Böyük ispan mütəfəkkiri Baxtasar Qarsion demişdir ki, təkcə yaxşı cəhətlərin olması azdır, adətən düşünürlər ki, hörməti olan üçün məhəbbəti qazanmaq asandır. İltifat qazanmaq üçün xeyirxahlıq etmək lazımdır. Yaxşılıq bütün kamilliklərin mərkəzində durur, bütün sevinclərin əsas mənbəyidir. O, insanı ağıllı, diqqətli, uzaqgörən, düşüncəli, müdrik, mərd, saf ürəkli, xoşbəxt, tərifəlayiq, həqiqi qəhrəmana çevirir.

Yaxşılıq bizim balaca dünyanın günəşidir, təmiz vicdan isə onun göy qübbəsidir. Mehriban xanım Əliyeva kimi gözəl xüsusiyyətə malik olan insanlar həm Allahın, həm də insanların məhəbbətini qazanmışlardır. İnsanın dərinliyi, böyüklüyü onun bəxti ilə deyil, etdiyi yaxşılıqlarla ölçülür, çünki yaxşılıq hər şeydən üstündür və heç bir şeydən asılı deyil.

Tərlan Səfərov

Bütün xəbərlər Facebook səhifəmizdə