Yaz-yay mövsümündə 1062 əlil istirahət-sağlamlıq mərkəzlərinə göndərilib

Yaz-yay mövsümündə 1062 əlil istirahət-sağlamlıq mərkəzlərinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda nəzərdə tutulan əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri uğurla həyata keçirilib.

Proqrama əsasən, cari ilin yaz-yay mövsümündə 1062 nəfər bu kateqoriyadan olan şəxs ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərilib. İstirahət müddətində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə