Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə başlanılıb. SİA-nın azərtac-a istinadən verdiyi xəbərə görə, Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda 29-cü məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri ilə bağlı işlər görülür.
Bundan əlavə, qəsəbədəki Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş torpaq sahələri üzərindəki müxtəlif konstruksiyalı hasarlar, eləcə də şəhərsalma və tikinti normalarına cavab verməyən yarımçıq tikililər sökülür. Bu ərazilər təmizlənərək abadlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB