İnformasiya və rabitə sektorunda yeddi ayda 862,3 milyon manatlıq xidmət göstərilib

İnformasiya və rabitə sektorunda yeddi ayda 862,3 milyon manatlıq xidmət göstərilib

Ölkənin İnformasiya və rabitə sektorunda yanvar-iyul aylarında təsərrüfat subyektlərinə və əhaliyə 862,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,4 faiz çox xidmət göstərilib. SİA-nın verdiyi məlumata görə, xidmətlərdən əldə olunmuş gəlirlərin 60,2 faizi mobil telefon rabitəsinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 9,3 faiz artaraq 518,9 milyon manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə