Azərbaycan donorları dünya gənclərinin XIV forumunda iştirak edəcəklər

Azərbaycan donorları dünya gənclərinin XIV forumunda iştirak edəcəklər

Avqustun 27-dən 31-dək "Qan Donorları Assosiasiyası"nın sədri Fuad Əsgərov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal gənc qan donoru Mədaim Rəhimli Mərakeş Krallığının Kasablanka şəhərində təşkil olunacaq Dünya Gənclərinin XIV Forumunda iştirak edəcəklər. SİA-nın AzərTaca istinadən verdiyi məlumata görə, forum Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Forumun əsas məqsədi dünya gənc qan donorları arasında əlaqələri gücləndirmək təcrübə mübadiləsinə dəstək olmaq və qan donorluğu sahəsində gənclərin fəaliyyətini artırmaqdır. Dörd gün davam edəcək forumda dünyanın bir çox ölkə gəncləri iştirak edəcək. Gənc donorların dünya forumunda iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə