“ASAN Könüllüləri” Gənclər Təşkilatının “Natiqlik klubu” layihəsi davam edir

“ASAN Könüllüləri” Gənclər Təşkilatının “Natiqlik klubu” layihəsi davam edir

"ASAN Könüllüləri" Gənclər Təşkilatının "Natiqlik klubu" layihəsi çərçivəsində müsahibə formatında "Natiqlik müsabiqə"sinin yarımfinal oyunu keçirilib. Təşkilatdan verilən məlumata görə, iştirakçılar müxtəlif vakansiyalar üzrə müraciət edərək müsahibədən keçiblər.

Avqustun 31-də final oyunu keçiriləcək və müsabiqənin qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 1 aylıq təcrübə proqramı keçmək şansı qazanacaqlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təlimlər zamanı hazırcavablıq, vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması, manipulyasiya yolları və digər mövzular əhatə olunub.

Müsabiqənin yarımfinal mərhələsində ilk altı yeri tutan iştirakçı final oyununa qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə