Azərbaycanın peyk operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti sentyabrın 11-dən 16-dək Niderlandın Amsterdam şəhərində keçiriləcək "IBC"` (International Broadcasting Convention) sərgi və konfransında iştirak edəcək. Beynəlxalq tədbirlər Avropada teleradioyayım sahəsi üzrə texnologiyalara həsr olunub.
Səhmdar Cəmiyyətindən bildirilib ki, "Azərkosmos" tədbirdə 5.B06 nömrəli stend ilə təmsil olunacaq və peyk rabitəsi xidmətlərini, yerüstü peyk stansiyalarını (sabit uplinks) nümayiş etdirəcək.
Qeyd edək ki, hər il "IBC" sərgi və konfransında 130 ölkədən 1300 eksponent iştirak edir. Bu il sərgidə 1000-dək şirkət media vasitələri sahəsində yeni texnologiyalar və ən aparıcı ideyalar təqdim edəcəklər. Sərgidə audio və video sistemlər, kabellər, rəqəmli texnologiyalar və digər müxtəlif avadanlıq nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB