“Mingəçevir” Elektrik Şəbəkəsi Müəssisəsinin texniki iqtisadi göstəriciləri bu il yüksək olub

“Mingəçevir” Elektrik Şəbəkəsi Müəssisəsinin texniki iqtisadi göstəriciləri bu il yüksək olub

"Mingəçevir Elektrik Şəbəkəsi"ndə eneri təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, digər EŞ-lərdə olduğu kimi burada da istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Əsas məqsəd, hər il olduğu kimi, bu il də qış aylarında əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə rayonun enerji təsürrüfatında mühüm təmir-bərpa işləri aparılıb. O cümlədən, cari ilin son ayları ərzində 10 kV-lik və 6 kV-lk hava xətlərinində həyata keçirilmiş müxtəlıif təyinatlı təmir işləri zamanı həmin bu xətlərin müəyyən hissəsi əsaslı və cari təmir olunub. Təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdən və transformator məntəqələrindən də yan keçməyib.

Müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektini pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin də müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bu ilin iyul ayında 11,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 721 min kilovatsaata yaxın, ödəniş isə mütləq 6 faizdən çox artıb.

Qeyd edək ki, ilin 7 ayı ərzində müəssisə üzrə istehlak 83,6 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə