Aydın Mirzəzadə: "İlham və Fərizə ikinci və üçüncü dəfə qətlə yetirildilər"
"20 yanvar faciəsinin qəhrəmanları İlham və Fərizənin Şəhidlər Xiyabanındakı məzarlarının avqustun 21-dən 22-nə keçən gecə təhqir edilməsi bütün Azərbaycanı ayağa qaldırdı. Belə bir hadisənin baş verməsi ağla gələn bir iş deyil". SİA-nın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə mərhumların məzar daşının üzərində təhqiredici hərəkətlərin edilməsinə etiraz edərkən deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda bütöv bir nəslin Qanlı Yanvar hadisənin ağrısı ilə böyüdüyü bir zamada şərəfsiz birisinin aramızda yaşaması dəhşətli hadisədir: "Nə qədər şərəfsiz birisi olmaq lazımdır ki, öz əcdadlarını təhqir edəsən, Azərbayanın simvollarının birinə çevrilmiş insanların son mənzilinə rəzalətlə yanaşasan. Bildiyimiz kimi, hüquq-mühafizə orqanları artıq hadisə ilə bağlı cinayət işi açıb. Heç bir şübhəm yoxdur ki, həmin şərəfsizlər tapılacaq və ən ağır cəza alacaqlar".
"Mətbuatda İlham və Fərizənin ikinci dəfə qətlə yetirildiyi bildirildi. Ancaq onların çirklənmiş şəkillərini mətbuatda yaymaqla, onlar üçüncü dəfə də qətlə yetirildilər. Təbii ki, bu dəfə mətbuatdakı məsuliyyətsiz qələm sahiblərinin fəaliyyəti ilə... Hər şəkil mətbuatda verilə bilməz, hər məsələni ifşa etmək olmaz, bunu başa düşmək elə də çətin deyil. Onların ismətini sağ qalanlar qorumalıdırlar. Hesab edirəm ki, bu biabırçı hadisədən sonra onların qəbirlərinin üstü yenidən götürülməli, təzələnməlidir. Bağışlayın bizi, İlham və Fərizə!"- deyə, Aydın Mirzəzadə fikirlərini belə yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB