"İrəli" İctimai Birliyi avqustun 22-dən yeni üzvlərin qəbulunu elan edir. İctimai Birlikdən bildiriblər ki, qəbul proseduruna bir sıra dəyişikliklər edilib. Təşkilata üzv olmaq üçün www.ireli.az/joinus linkinə daxil olub müvafiq blankı doldurmaq lazımdır. Bundan başqa, hər həftənin I-V günləri saat 16:00-dan 18:00-dək 3x4 ölçüdə iki fotoşəkil və şəxsiyyət vəsiqəsinin surəti Birliyin ofisinə təqdim edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB