Kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuzda Gədəbəy, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın verdiyi məlumata görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, kənd təsərrüfatı texnikası ilə təminat, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, subartezian quyularının qazılması, üzümçülüyün inkişafı, dövlət dəstəyi ilə iri heyvandarlıq komplekslərinin yaradılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazirliyin müvafiq qurumlarının iştirakı ilə keçirilən qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənildi, qaldırılan məsələlərin bir çoxu yerində həll olundu. Həmçinin vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verildi. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB