"İrəli" İctimai Birliyi 2014-cü il üçün yeni üzvlüyə start verib. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq dünəndən başlan üzvlüyə qəbul prosedurasında bir sıra dəyişikliklər həyata keçirilib.
Sosial şəbəkələrdə bununla bağlı olaraq yayımlanan elanlarda bu proseduralar haqqında ətraflı məlumat verilib. Elanda bildirilir:
"Hər zaman irəlidə, "İrəli" ilə olmaq istəyən gənclər bu elan sizin üçündür.
"İrəli" İctimai Birliyi, yeni üzvlərin qəbulunu elan edir.
Təşkilata üzv olmaq üçün yalnız, www.ireli.az/joinus linkinə daxil olub, üzvlük blankını doldurmağınız kifayətdir.
Və ya həftənin 1-5 günü saat 16:00-18:00-a qədər özünüzlə 2 ədəd 3x4 fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini gətirməklə ofisimizə yaxınlaşıb üzv ola bilərsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə