Şəhidlər Xiyabanında baş verənlərə görə cinayət işi açıldı

Şəhidlər Xiyabanında baş verənlərə görə cinayət işi açıldı

Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb. SİA-nın Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən aldığı məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə